Azərbaycanlı atlet Ramil Quliyev Türkiyədə 2018-ci ilin ən yaxşı idmançısı seçilib.
Sportnet.az xəbər verir ki, Quliyevə mükafatı ölkənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu təqdim edib.
Bundan başqa "Vakıfbank" voleybol klubu İlin komandası, "Fənərbağça"nın kişilərdən ibarət basketbol komandasına rəhbərlik edən Zelko Obradoviç İlin məşqçisi, İtaliya "Roma"sının yarımmüdafiəçisi Cengiz Ünder İlin futbolçusu, taekvondoçu İrem Yaman isə İlin qadın idmançısı sayılıb.