
Şose velosipedi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Əbülfəz Məmmədov dünyasını dəyişib.
Sportnet.az-ın Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, əməkdar məşqçi uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Ə.Məmmədov Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi adına layiq görülmüşdü.
Allah rəhmət eləsin!