
Azərbaycan para-atleti Rasim Yaxin İsveçrənin Nottvil şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, nüvə itələmə növündə (F46) 11.71 metr nəticə göstərən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Rasim Yaxin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.