Azərbaycan ağırlıqqaldıranları Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Sportnet.az-a verilən məlumata görə, milli komanda turnirdə 18 idmançı ilə təmsil olunacaq.
U-15 qızlar arasında Nuray Əbilova (40 kiloqram), Malikə Biçekuyeva (55 kiloqram), Arzu Qədimova (76 kiloqram), oğlanların mübarizəsində Rəhman Mərdəliyev (49 kiloqram), Kamran Xappayev və Əbdülhüseyn Hüseynov (hər ikisi 61 kiloqram), Elman Kurdanov (67 kiloqram), İsa Əliyev (73 kiloqram), Allahverdi Qaragözov və Aslan Əmiraslanov (hər ikisi 89 kiloqram), Muhəmmədəli Məmmədzadə (96 kiloqram), Sultan Sultanov (102 kiloqram), Sadiq Əliquliyev (+102 kiloqram) qüvvəsini sınayacaq.
U-17 oğlanların yarışında Turan Əliyev (67 kiloqram), Akif Abdullayev (73 kiloqram), Hüseyn Heydərov (81 kiloqram), Məmməd Əhmədzadə (96 kiloqram), qızlardan isə Mələk Hüseynli (+81 kiloqram) güclərini yoxlayacaqlar.
Qeyd edək ki, iyunun 15-24-də təşkil olunacaq Avropa birinciliyində 36 ölkədən 461 (218 qız + 243 oğlan) atlet mübarizə aparacaq.