Azərbaycanın parapauerliftinq üzrə milli komandasının iki üzvü Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iştirak edəcək.
Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, yarışda Pərvin Məmmədov (49 kiloqram) və Ceyhun Mahmudov (54 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu gün start götürən Dünya Kubokuna iyunun 26-da yekun vurulacaq.