Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynova İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, yaşı 15-ə qədər olan atletlərin yarışında 76 kq çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub. Hüseynova təkanla qaldırmada 97 kq-ın öhdəsindən gəlib və ikinci yeri tutub. O, toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, daha öncə Nurlan Məmmədzadə Avropa birinciliyində iki medal qazanıb, həmçinin Avropa rekordunu müəyyənləşdirib.