
"Biz bu yarışlara inkişaf kimi baxırıq və fikirləşirik ki, bu, dərs prosesidir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev yerli idmançıların Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarındakı çıxışı barədə danışarkən deyib.
O, göstəricilərin çox yüksək olduğunu bildirib: "Bilirsiniz ki, velosiped yarışı bir az ağırdır. Burada starta çıxanların hamısı finişə çatmır. Bizim idmançılarımızın isə hamısı finişə çatıb".
M.Quliyev əsas hədəflərinin Olimpiya, dünya və Avropa çempionluğu olduğunu söyləyib: "Bunun yolu var və biz də bu yolda gedirik".
Qeyd edək ki, İslamiadada çıxış edən Azərbaycan velosipedçiləri hələlik medal qazana bilməyiblər.