1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı 2015 öncəsi Dünya kubokunda zəfər
Yolanda Neff qadınların, Jülien Absalon isə kişilərin dağ velosipedi yarışında qalib gəlib. Sportnet.az-ın məlumatına görə, Yolanda Neff Almaniyanın Albştat şəhərində keçirilmiş Birləşmiş Velosiped İdmanı İnstitutunun Dünya Kubokunda qələbə çalmaqla Bakı 2015 öncəsi öz qələbələrinin sayını artırıb.
İsveçrəli idmançı yarışlarda dağ velosipedi növündə qızıl medalın sahibi olub.
Bu medal Çexiyada keçirilmiş Dünya Kubokunda da fəxri kürsünün ən yüksək pilləsinə qalxan, 22 yaşlı idmançının ardıcıl ikinci titulu olub. Neffin Bakı 2015 Avropa Oyunlarındakı mübarizəsinə də 2 həftədən də az vaxt qalıb.
Bakıda mübarizə aparacaq bu yarışın digər ən güclü avropalı idmançısı, polşalı Maya Vloyovska yarışı beşinci yerdə başa vurub.
Kişilərin Albştatdakı yarışında fransız Jülien Absalon qalib gəlib. O da Bakı 2015-də yarışacaq.
İsveçrəli Nino Şurter yarışı ikinci yerdə başa vurub. Bürünc medalın sahibi isə çexiyalı Yaroslav Kulhavi olub.
Həm Şurter, həm də Kulhavi Bakl 2015-də uğurlu çıxış etmək üçün son hazırlıqlarını görürlər. İsveçrəli idmançılar Fabian Siser və Lukas Flükiser də Albştatda keçirilən hazırlıq turnirində müvafiq olaraq altıncı və yeddinci yerləri tutublar.
Öz növbəsində, yarışı müvafiq 9-cu və 10-cu yerlərdə başa vuran Maksim Marotte və Uqo Dreçoudan ibarət fransız dueti Avropa Oyunlarında öz ölkələrini təmsil edəcək.