2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Uilyam Luis Mari Azərbaycanda media ilə əməkdaşlıq barədə danışıb. Uilyam Sportnet.az-a bu istiqamətdə planlaşdırdıqları işlər haqda məlumat verib.
O, Avropa Oyunları barəsində geniş kütləyə informasiyanın çatdırılmasında Azərbaycan mediasının rolunu vurğulayıb: "Bu, Azərbaycan idman tarixində ən böyük tədbir olacaq. Bizim üçün Azərbaycan mediası ilə əməkdaşlıq olduqca vacibdir. Geniş kütləyə bu məlumatı çatdırmalıyıq. İnsanlar Avropa Oyunları haqda geniş informasiya almalıdırlar. Axı bu, ilk Avropa Oyunlarıdır və tarixi ənənənyə malik deyil. Jurnalistləri sadəcə, mətbuat konfranslarına və tədbirlərə dəvət etməklə işlərimizi bitmiş saya bilmərik. Müxtəlif məlumatları çatdırmaqla, idman növləri barədə ətraflı informasiya verməklə media mənsubları üçün treninqlər keçirəcəyik. Geniş kütləni Azərbaycan KİV-i vasitəsilə Avropa Oyunları ilə yaxından tanış etmək niyyətindəyik”.
Qeyd edək ki, I Avropa oyunları gələn il iyunun 12-dən 28-də davam edəcək.