Seda Tutxalyan İtaliyada qalib olaraq, birinci Avropa Oyunlarında Rusiyanı təmsil etmək hüququ qazanıb. Sportnet.az-ın məlumatına görə, Tutxalyan, Yevgeniya Şelqunova ilə birlikdə Bakı 2015-də Aliya Mustafina və Viktoriya Komovanı əvəz edərək Rusiyanı təmsil etmək hüququ qazanıb.
Rusiya Olimpiya Komitəsi Şelqunovanın Azərbaycanda yarışacağını elan etməsindən bir neçə gün sonra Bakı 2015-də Tutxalyanın iştirakı da dəqiqləşib.
2014-cü ildə keçirilmiş Gənclər arasında Olimpiya Oyunlarında çöxnövçülük və müxtəlif hündürlüklü qollar üzrə yarışda qalib gələn 15 yaşlı Tutxalyan, Turində keçirilmiş 4 Ölkə Kubokunda 57.400 xal toplayaraq birinci yerə çıxıb.
Bakı 2015-də iştirak edə bilməyən rus idmançıları, Anjelina Melnikova və Anastasiya Dmitriyeva ikinci və üçüncü yerləri tutaraq (55.800 və 54.950 xal ilə) Rusiyanı 224.850 xal ilə komanda hesabında birinci pilləyə çıxarıblar. Şelqunova isə italyan Ciorciya Kampana və Elisa Meneginidən sonra 53.700 xal ilə altıncı yeri tutub.
2012-ci ildə keçirilmiş Avropa Çempionatında komandanın bürünc mükafatçısı və Qitələrarası Oyunların ikiqat qalibi Kampana Bakı 2015-də Alessiya Leolini və Tia Uqrin ilə birlikdə yarışacaq. Leolini 53.450 xalla səkkizinci pillənin sahibi olub.
İtaliya 218.00 xal ilə ikinci, Rumıniya 215.650 xalla üçüncü, Kolumbiya isə 207.650 xal ilə dördüncü yeri tutub.
Rumınlar komandanın kapitanı, London 2012-nin bürünc mükafatçısı və ikiqat Avropa çempionu Diana Bulimarsız yarışıb.
İtaliyada Rumıniyaya medalları Laura Yurka və Silvia Zarzu qazandırıb.