
"Qarabağ" və "Qəbələ" klubları Avropa kubokları üçün ev arenaları kimi Tofiq Bəhramov adına Respublika stadionunu göstəriblər. Bu barədə Sportnet.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, artıq "Qarabağ" əsas, "Qəbələ" isə ehtiyat meydança qismində Respublika stadionu ilə müqavilə bağlayıb. Hər iki klub 2015-2016-cı il mövsümündə avrokuboklara vəsiqə qazansa, bu arenadan faydalana bilər.
Qeyd edək ki, Avropa "Qarabağ" ehtiyat meydança kimi "Dalğa Arena"nı, "Qəbələ" isə əsas stadion olaraq, eyniadlı arenanı UEFA-ya təqdim edib.






































































