
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu bu gün keçirəcək. Sportnet.az-ın məlumatına görə, yığmamız Rusiya-2 komandası ilə qarşılaşacaq.
Görüş "Zenit” İdman Oyunları Sarayında baş tutacaq. Hər iki komanda F qrupunda yer alıb. Millimiz ilk turda Yaponiyanı 1:0 hesabı ilə məğlub edib. Rusiya-2 isə ilk oyununa bu gün çıxacaq. Qələbə təqdirində baş məşqçi Nikolay Adamın komandası qrup lideri kimi növbəti mərhələyə yüksələcək. Bu isə yığmamıza mübarizəni ən yüksək yerlər uğrunda davam etdirmək imkanı verəcək.
16:30. AZƏRBAYCAN - Rusiya-2 - 4:2
Qollar: İlkin Sadıqov, 36; 59. Elnur Cəfərov, 50. Mahir Mədətov, 75
Qollar: İlkin Sadıqov, 36; 59. Elnur Cəfərov, 50. Mahir Mədətov, 75





































































