
"Neftçi" klubu Topaz Premyer Liqasında mövsümün ikinci yarısının hazırlıqlarına legionerlərsiz başlayıb. Sportnet.az-ın məlumatına görə, heyətdəki əcnəbilər icazəli olduqları üçün ilk məşqə qatılmayıblar.
Onlar Bakıya yaxın günlərdə gələcəklər. Yerli futbolçularla keçən hazırlıq prosesində klubla müqavilə bağladığı bildirilən Rauf Əliyev yer almayıb. Onunla anlaşma hələ rəsmiləşməyib.
Qeyd edək ki, "Neftçi" yanvarın 11-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplantısına yollanacaq.







































































