
Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Ərtuğrul Sağlam istefa verib. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis Superliqanın 16-cı turunda "Qaziantepspor"a 1:3 hesablı ev məğlubiyyətindən sonra bu addımı atıb.
Hələlik yeni baş məşqçinin adı açıqlanmayıb. Hazırda 16 xalla 13-cü pillədə olan "Eskişehirspor" yanvarın 14-də Azərbaycanın "Qəbələ" klubu ilə Türkiyənin Antalya bölgəsində yoxlama görüşü keçirməlidir.
Qeyd edək ki, Ərtuğrul Sağlam 26 iyun 2013-cü ildən bu vəzifədə idi.






































































