"Bakı" klubunun futbolçusu Nurlan Novruzovun komandanın məşqinə qatılmamasının səbəbi müəyyənləşib. Bu barədə Sportnet.az-a 22 yaşlı hücumçunun özü məlumat verib.
N.Novruzov bildirib ki, onu "Bakı"nın düşərgəsinə atası buraxmayıb. Gənc futbolçu bunu klub rəhbərliyinin hörmətsizliyi ilə əlaqələndirib: "Atam "Bakı"nın bazasına gedərək, xahiş edib ki, məni komandadan buraxsınlar. Amma ona hörmət qoymayıblar. Atamın 60 yaşı var, amma uşaq kimi aldadıblar. Ona görə də indi atam mənə icazə vermir ki, bir daha "Bakı"nın bazasına ayağımı qoyum".
Qeyd edək ki, "Bakı"nın bu gündən başlanan hazırlıq prosesinə Nurlan Novruzov və Rəhman Hacıyev qatılmayıb.