Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplantısı çərçivəsində bu gün "Xəzər Lənkəran" ilk yoxlama matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Türkiyənin Regional Həvəskarlar Liqasında çıxış edən "Tekirdağspor" olub.
"Crystal Tat Beach" otelinin meydanında keçirilən görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Oyunu "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov da izləyib. O, matç öncəsi stadiona gələrək, klubun idman direktoru Yunis Hüseynovla bir müddət söhbət edib. Görüşü izləyənlər arasında Azərbaycan millisinin köməkçi-məşqçiləri Mahmud Qurbanovla Faiq Əzizov, eləcə də "Simurq"un baş məşqçisi Georgi Çixradze də olub.
Matç başlayarkən, oyunu idarə edən hakimlərin zahiri görkəmi daha çox diqqət mərkəzində olub. Baş hakim artıq çəkisi, yan xətt hakimlərindən biri isə saç düzümü ilə seçilib. Onlar elə rəqib komanda kimi həvəskar hakim təsiri bağışlayıblar.
"Xəzər Lənkəran" oyuna bu heyətlə çıxıb: Vyekoslav Tomiç, İlqar Ələkbərov, Elvin Mirzəyev, Tural Cəlilov, İlyas Səfərzadə, Alfred Sanko, Rahid Əmirquliyev, Elşən Rzazadə, Sadio Tounkara, Kazım Kazımlı, Ağabala Ramazanov.
Hesabı 9-cu dəqiqədə Ağabala Ramazanov cərimə zərbəsindən gözəl qolla açıb. 32-ci dəqiqədə Vyekoslav Tomiç "Xəzər Lənkəran"ın qapısına təyin olunmuş penaltini dəf edib. Amma 59-cu dəqiqədə rəqib növbəti penaltini qazanıb və bu imkandan yararlanmağı bacarıb. 7 dəqiqə sonra Türkiyə təmsilçisi künc zərbəsindən sonra növbəti dəfə fərqlənib. Matçın 89-cu dəqiqəsində isə Rahid Əmirquliyev penaltini dəqiq yerinə yetirib.
"Xəzər Lənkəran" (AZƏRBAYCAN) - "Tekirdağspor" (Türkiyə) - 2:2
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |