
İspaniyanın "Qranada" komandasının yeni baş məşqçisi Abel Resino olacaq. Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, 54 yaşlı mütəxəssislə mövsümün sonunadək anlaşma əldə olunub.
Bu isə o deməkdir ki, Resino 2012-ci ildə çalışdığı komandaya qayıdacaq. O, məşqçilik karyerasına 2004-cü ildən başlayıb, "Levante", "Atletiko", "Valyadolid" və "Selta" komandalarına da rəhbərlik edib. Əvvəlki baş məşqçi Xoakin Kaparros qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar keçən həftə istefaya göndərilib.
Qeyd edək ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Eddi İsrafilov "Qranada"da icarə əsasında çıxış edir.





































































