1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan millisinə bolqarıstanlı legioner gətirildi
Azərbaycanın qadın güləşi üzrə milli komandasına bolqarıstanlı legioner cəlb olunub. Sportnet.az-ın məlumatına görə, bu, Elis Manolovadır.
19 yaşlı idmançı ilə birgə atası və şəxsi məşqçisi Filip Manolov da Bakıya gəlib. F.Manolov daha öncə Bolqarıstan millisində köməkçi-məşqçi vəzifəsində çalışıb. Onun qızı isə əvvəllər yeniyetmələr arasında dünya çempionatında 65 kq çəki dərəcəsində 5-ci yeri tutub. Sonradan E.Manolova vətəndaşlığını dəyişdirmək üçün 2 ilədək Bolqarıstan millisindən kənarda qalıb. Elisdən 3 yaş böyük bacısı Canan da güləşçidir. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Lakin C.Manolova öz ölkəsində qalmağa qərar verib.
Qeyd edək ki, Elis Manolova Bakıda hazırlıq keçən bolqarıstanlı 5 qat dünya çempionu Stanka Zlatevanın təcrübəsindən yararlanır. S.Zlatevanın şəxsi məşqçisi Semyon Şterev isə həm də Azərbaycanın qadın güləşi üzrə millisinin baş məşqçisidir.