1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA "Kəpəz"in saxtakarlığını ifşa etdi
AFFA Gəncənin "Kəpəz" klubunun saxtakarlıq faktını üzə çıxarıb. Sportnet.az-ın məlumatına görə, I divizionda XVII turun "Zirə” ilə matçında "Kəpəz”in heyətində Ramil Həşimzadə turu buraxmalı olub.
Lakin o, oyunda iştirak edib. Bu səbəbdən, Gəncə klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub həm də 500 manat cərimələnib.
"Turan-Tovuz"la oyunun 34-cü dəqiqəsində isə "Neftçala”nın futbolçusu Fərmayıl Əliyev qolu vurduqdan sonra təhqiredici jest edib. Nəticədə o, 3 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
"Qaradağ Lökbatan”ın məşqçisi Araz Əliyev də cəzalanıb. O, "Ağsu” ilə qarşılaşmanın 76-cı dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb. Əliyevə 1 oyunluq cəza, klubuna 100 manat cərimə kəsilib. Görüşün 90-cı dəqiqəsində "Ağsu”nun futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
Nəhayət, "Şəmkir” matçın 21-ci dəqiqəsində "Mil-Muğan”ın futbolçusu Bayram Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.