Azərbaycan I Divizionunda mübarizə aparan Gəncənin "Kəpəz" komandasının futbolçuları yemək vaxtı xoşagəlməz "sürpriz"lə üzləşiblər. Sportnet.az-ın Sportal.az-a istinadən verdiyi məlumata görə, komandanın bazasında yemək vaxtı futbolçularının birinin yeməyindən ölü siçan çıxıb.
Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğu bildirilir. Digər 3-nün adı məlum deyil. Məlumatda klubunun bazasında qalan futbolçular üçün heç bir şəraiti olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.
Hələlik "Kəpəz" rəhbərliyinin olaya reaksiyası məlum deyil.