ABŞ-ın Los Anceles şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda
Azərbaycan yığması bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, yığmamız 3-cü yer uğrunda görüşdə Rusiyaya qalib gəlib.
8 qarşılaşmanın yekununda 4:4 hesablı heç-heçə qeydə alınsa da, toplanılan xalların fərqində millimiz daha üstün olub.
İlk 2 turda hər iki komanda Türkiyə və Belarusu məğlub etmişdi. Azərbaycan və İran Türkiyəni 7:1 hesabı ilə yenmişdi. Belarusla qarşılaşmalarda isə İran heç bir şans vermədiyi halda (8:0), millimiz daha insaflı davranmışdı - 6:2.
Finala vəsiqənin taleyini həll edən görüşdə isə millimiz uğursuzluğa düçar olub. Təmsilçilərimizdən yalnız olimpiya çempionu Şərif Şərifov qələbə qazana bilib.
İran - AZƏRBAYCAN - 7:1
57 kq - Hassan Rahimi - Cəlal Süleymanov - 8:2
61 kq - Behnam Ehsanpur - Hacı Əliyev - 5*:5
65 kq - Seyid Ahmad Mohammadi - Toğrul Əsgərov - 14:10
70 kq - Hassan Yazdani - Ruslan Dibirhacıyev - 10:8
74 kq - Morteza Rezai - Cəbrayıl Həsənov - 10:0 (vaxtından əvvəl)
86 kq - Meysam Mostafajukar - Aleksandr Qostiyev - 12:1
97 kq - Reza Yazdani - Şərif Şərifov - 1:8
125 kq - Parviz Hadibasmanj - Cəmaləddin Məhəmmədov - 13:2
3-cü yer uğrunda görüş
Rusiya - AZƏRBAYCAN 4:4* (28-34)
57 kq - Viktor Rassadin - Yaşar Əliyev 8:1
61 kq - Mürşüd Mütəllimov - Hacı Əliyev 4:9
65 kq - Zaurbek Sidakov - Məhəmməd Müslümov 0:6
70 kq - İsrail Kasumov - Riuslan Dibirhacıyev 6:4
74 kq - Yakubali Şıxcamalov - Murad Süleymanov 4:1
86 kq - Dauren Kuruqliyev - Aleksandr Qostiyev 4:0
97 kq - Yuriy Belonovski - Şərif Şərifov 1:1*
Qeyd edək ki, qalib adını finalda ABŞ-ı 5:3 hesabı ilə yenən İranla qazanıb.