Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan millisi çıxışını başa vurub.
Sportnet.az xəbər verir ki, son yarış günündə yeganə qadın cüdoçu Zülfiyyə Hüseynova F6 yaş kateqoriyasında dünya çempionu olub.
70 kq çəki dərəcəsində mübarizə aparan Hüseynova finalda britaniyalı Simone Stronqa ipponla qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Fərhad Rəcəbli (M8, -90 kq) gümüş, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (-100 kq) bürünc medal qazanıb. Yekunda Azərbaycan komandası mundialı 2 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 7 medalla tamamlayıb.