Boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson uşaq vaxtı seksual təcavüzün qurbanı olub. Sportnet.az-ın məlumatına görə, bu barədə idmançının özü ESPN-ə açıqlama verib.
Tayson bildirib ki, cinayətkar onu qapalı məkana salaraq, incitməyə başlayıb. Amerikalı dəri əlcək ustası məhz bu səbəbdən, boksla məşğul olmağa qərar verdiyini bildirib: "Əvvəllər bunu heç kimə danışmamışam. Baş vermiş hadisə mənim kişiliyimə və həyatıma böyük təsir etmədi".
Qeyd edək ki, Mayk Tayson peşəkar rinqdə 1985 - 2005-ci illərdə çıxış edib. O, 58 döyüşün 50-də (44-ü nokautla) qələbə qazanıb, 6 dəfə uduzub, 2 döyüşü isə baş tutmamış sayılıb.