1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Məmmədyarov FİDE reytinqində irəlilədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 2 pillə irəliləyib.
Hazırda 32 yaşlı qrossmeyster 2799 xalla 4-cüdür. O, aktivinə daha 8 reytinq xalı yazıb.
Əvəzində Teymur Rəcəbov 2741 xalla 19-cu pilləyə enib. O, əvvəlki siyahıda eyni xalla 17-ci pillədə idi.
Arkadi Naydiç 2700 xalla 44-cü pillədə qalıb. 7 pillə irəliləyən Rauf Məmmədov 2686 xalla 58-cidir.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2837 xalla başçılıq edir. Ermənistanlı Levon Aronyan 2801 xalla 2-ci, ABŞ təmsilçisi Fabiano Karuana isə 2799 xalla 3-cü pillədə qərarlaşıb.