Qazaxıstanın paytaxtı Nursultandakı dümya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.
İlk hissədə Əliyev hesabda geri düşsə.də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev son saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb - 4:3.
Lakin Rusiya tərəfi qərara etiraz edib. "Çelenc"ə baxıldıqdan sonra onların etirazı qəbul olunub. Üstəlik, Rəşidova bir xal da verilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, Rəşidov qalib olunub - 4:2.
Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf gösrərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polisrlər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.