
Azərbaycan Güləş Federasiyasının sabiq prezidenti Abbas Abbasov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qatılıb.
Sportnet.az-ın məlumatına görə, baş nazirin keçmiş I müavini qadın güləşi üzrə 65 kq çəki dərəcəsində mükafatlandırma mərasimində iştirak edib. O, Dünya Güləş Birliyinin fəxri üzvü kimi təqdim olunub.
Bu çəkidə Azərbaycan təmsilçisi Elis Manolova bürünc medal qazanıb. Qızıl medala isə rusiyalı İnna Trajukova sahib çıxıb.