Tanınmış teleaparıcı Elçin Əlibəyli sərbəst güləş üzrə olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.
Sportnet.az-ın məlumatına görə, bu barədə Əlibəylinin özü şəxsi "Facebook" səhifəsində yazıb. O, hadisənin oktyabrın 19-da baş verdiyini bildirib: "Həmin gün qonşum tərəfindən siyasi motivlərə görə döülsəm də bu günə kimi döyən şəxsin olimpiya çempionu Namiq Abdullayevin olması səbəbindən Daxili İşlər Nazirliyi susur. Bu ölkədə haqq-ədalətin olmadığı qənaətinə gəlirən. Döyülmək və söyülmək davası deyil, mənim davam, Avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatda yenicə çıxdığım yırtıq partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazada belə ağrıkəsiçi iynənin təsiri ilə yazıram".
Öz növbəsində Abdullayev Sportnet.az-a açıqlamasında Əlibəylini tanımadığını və aparıcının iddialarının yalan olduğunu bildirib: "Deyirlər, Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Mən onu tanımıram, qonşum olduğunu da bilmirəm. Görünür, mənim adımı hallandırmaqla özünə xal qazanmaq istəyir. Ya da özlərini çempion kimi qələmə verənlərdən biri ilə insident yaşayıb".
Qeyd edək ki, Elçin Əlibəyli sonradan onu Namiq Abdullayev yox, qardaşı Natiq Abdullayevin döydüyünü iddia edib.