Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, təmsilçimiz həll edici qarşılaşmada qazaxıstanlı Rizabek Aytmuxana məğlub olaraq yarışı 2-ci yerdə başa vurub.
Qeyd edək ki, Dünya çempionu olan Qazaxıstan güləşçisi dövrə vurmaq üçün bayraq istəyib, lakin heç kimdə ölkəsinin bayrağını tapa bilməyib. Bu səbəbdən idmançı zalı məyus tərk edib.