Hollandiya yığmasının yarımmüdafiəçisi Aryen Robben Meksika milisinə qarşı DÇ-2014-ün 1/8 final matçında simulyasiyaya əl atdığını etiraf edib. Sportnet.az-ın "Football İtalia"ya istinadən məlumatına görə, futbolçu ilk 45 dəqiqədə rəqib cərimə meydançasında özünü bilərəkdən yerə atdığı üçün üzr istəyib.
Almaniyanın "Bavariya" klubunun futbolçusu bu hərəkəti etməməli olduğunu bildirib: "Rəqibin cərimə meydançasında hər zaman ayaqlarından zərbə alacağını gözləyirsən. Lakin bu, mənə bəraət qazandırmır".
Qeyd edək ki, matçın son dəqiqələrində Robbenə qarşı qayda pozuntusuna görə hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirən Klas-Yan Hüntelar "narıncılar"a 2:1 hesablı qələbə qazandırıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |