
FİFA Əlcəzair Futbol Federasiyasına (ƏFF) 50 min İsveçrə frankı cərimə kəsib. Sportnet.az-ın ƏFF-nin rəsmi saytına istinadən məlumatına görə, Ali futbol qurumu bu qərarına əlcəzairli fanatın DÇ-2014-ün son qrup matçında Rusiya yığmasının qapıçısı İqor Akinfeyevin gözünə lazer şüası salması səbəb olub.
Həmin epizoddan sonra "səhra tülküləri"nin hücumçusu İslam Slimani Rusiyanın qapısından cavab topunu keçirib. Bunun sayəsində Əlcəzair H qrupunda 2-ci pilləni tutaraq, rusların "pley-off" arzusunu gözündə qoyub.