
Nigeriya yığmasının baş məşqçisi Stiven Keşi DÇ-2014-ün 1/8 finalında Fransadan aldıqları məğlubiyyətdən sonra vəzifəsindən getmək qərarına gəlib. Sportnet.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, 2011-ci ildən bu postu tutan Keşi hələ ötən il istefa vermək istəsə də, həmin vaxt onu fikrindən daşındırmaq mümkün olub.
Afrika Millətlər Kubokunda qalib gəldikdən sonra tutduğu kreslonu boşaltmağın vaxtı olduğunu bəyan edən mütəxəssis Nigeriya Futbol Federasiyası rəhbərliyi ilə danışıqlardan sonra fikrindən daşınıb. Dünən axşam Frsnsadan alınan məğlubiyyətdən sonra isə o, getməyin vaxtının yetişdiyini dilə gətirib: "Ailəmə daha çox vaxt ayırmağın və qarşıma yeni çağırışlar qoymağın zamanı yetişib".
Qeyd edək ki, Nigeriya - Fransa görüşü 0:2 hesabı ilə başa çatıb.