
FİFA DÇ-2014-də 1/8 finaladək irəliləyən və Fransaya 0:2 hesabı ilə uduzan Nigeriya yığmasını diskvalifikasiya edə bilər. Sportnet.az-ın məlumatına görə, beynəlxalq futol təşkilatı Nigeriya hökumətinin ölkə Federasiyasının işinə müdaxiləsindən narazıdır.
Nigeriyanın idman naziri Temmi Danaqoqo İcraiyyə Komitəsinin bütün üzvlərini işdən çıxaraq, Federasiyanın yeganə inzibatçısı Lourens Katikeni təyin edib. Danaqoqo Plato ştatının Ali məhkəməsi vasitəsi ilə bu qərara nail olub. Həmin qərara əsasən Federasiya prezidenti və İcraiyyə komitəsinin üzvləri tutduqları vəzifələrindən kənarlaşdırılıblar.