
Braziliya yığma komandasının kapitanı Tyaqo Silva Almaniyaya qarşı DÇ-2014-ün yarımfinal qarşılaşmasını buraxacaq. Sportnet.az-ın məlumatına görə, milli komandasının kapitanı sarı vərəqə limitini aşdığını görə bu cəzaya məruz qalıb.
Bu gecə Kolumbiya yığması ilə 1/4 final görüşündə Silvanın aldığı sarı vərəqə DÇ-2014-də sayca 2-ci oldu. Məhz bu səbəbdən də təcrübəli müdafiəçi avropalılarla görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Braziliyanın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə hesabı Tyaqo Silva açıb.