Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skoları DÇ-2014-ün yarımfinalında Almaniyadan alınan 1:7 hesablı məğlubiyyətin məsuliyyətini üzərinə götürüb. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında matçdan qopma anını xüsusu qeyd edib.
O, məğlubiyyəti faciə adlandırıb. Skolari aldıqları mənəvi zərbəyə baxmayaraq, DÇ-2014-dəki son qarşılaşmaya hazırlaşacaqlarını qeyd edib: "Bu, biabırçı məğlubiyyətdir. Bacardığımızı etdik. Lakin yekunda daha güclü rəqibə uduzduq. Hər şey 4 dəqiqəyə həll oldu. İlk qolun ardından özümüzə gəlməmiş rəqib daha 2 dəfə fərqləndi. Məşqlərimizi davam etdirəcəyik. Axı qarşıda 3-cü yer uğrunda görüşümüz var. Olduqca gənc komandamız var. Bu futbolçulardan 14-15-i növbəti mundialda da iştirak edəcək. Məğlubiyyət nə qədər acı olsa da, bu oyundan dərs çıxarmalıyıq. Həyat davam edir. Bu anı ləyaqətlə adlamalıyıq".
Skolari Neymarın yoxluğu məsələsinə də toxunub: "Neymar meydanda olsaydı da heç bir şey dəyişməyəcəkdi. O, hücumçudur, problemlərimiz isə müdafiədə idi. Bu gün rəqibdə hər bir şey alınırdı. Bu, onların turnirdəki ən yaxşı oyunu idi. Təssüf ki, bizim də ən pis oyunumuz".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |