
DÇ-2014-də Hollandiya və Argentina yığmaları arasında keçiriləcək yarımfinal matçı öncəsi 1 dəqiqəlik sükut elan olunacaq. Sportnet.az-ın məlumatına görə, arenadakılar əfsanəvi hücumçu Alfredo Di Stefanonun xatirəsini bu cür yad edəcəklər.
Qeyd edək ki, vaxtilə Argentina və İspaniya yığmalarının şərəfini qorumuş Di Stefano 89 yaşında vəfat edib.