Əfsanavi braziliyalı hücumçu Romario açıq məktubla çıxış edib. O, DÇ-2014-ün yarımfinalında Almaniyadan alınan alçaldıcı (1:7) məğlubiyyətdən sonra Braziliya Futbol Federasiyasının daşını daş üstündə qoymayıb.
Braziliya futbolunun son illərdə deqradasiyaya məruz qaldığını bildirən veteran ölkəsinin sevimli idman növünün dərin böhranda olduğunu söyləyib. O, günahın futbolçular və Skolaridə axtarılmasının əleyhinə olduğunu dilə gətirib: "Həqiqəti deməyin vaxtıdır. Günah Futbol Federasiyasında işləyən korrupsiyaçılar və canilərdədir. Dörd il idi ki, bunu təkrarlayırdım. Ancaq səsimə səs verən tapılmadı. Bu qurum korrupsiya bataqlığıdır. Bu Federasiya bizim gələcəyimiz, rənglərimiz, hazırkı futbolçularımzı idarə edir. Futbol - pul dənizidir, bunu başa düşmək lazımdır".
O, ölkənin xanım prezidentinə də bu problemlə bağlı üz tutduğunu bildirib: "Dilma Rusef heç vaxt məni dəstəkləməyib. Bir neçə dəfə futbolumuzun daxili problemələrinə müdaxilə etməsini xahiş etsəm də, o, məni eşitməyib. Dünya çempionatının finalından sonra prezident Kuboku başqa ölkənin yığmasının kapitanına təqdim edəcək. Biz isə borc və korrupsiyamızla təklikdə qalacağıq. Bu, bizim Rüsvayçılıq Kubokumuz idi".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |