
Hollandiya yığması dünya çempionatları tarixində ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə "narıncılar"ın mundiala gətirdiyi 23 futbolçunun hamısı meydana çıxmaq şansı qazanıb.
Bu, dünya çempionatları tarixində ilk belə hadisədir.
"Narıncılar"ın heyətində hətta siyahıda adları olan hər 3 qapıçı da DÇ-2014-də iştirak etmək şansı qazanıb. Əsas qolkiper Yasper Silesseni Kosta Rika yığmasına qarşı görüşün əlavə vaxtının son dəqiqəsində Tim Krul əvəzləyib. Braziliyaya qarşı 3-cü yer uğrunda oyunda isə digər qolkiper - Mişel Vorm son dəqiqəlrdə oyuna daxil edilib.
Qeyd edək ki, Hollandiya milli komandasının bu rekordu heç vaxt yenilənə bilməz. Ən yaxşı halda hansısa yığma bu nəticəni təkrarlaya bilər.