Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin təhqirlərinə tuş gələnlərin siyahısı genişlənib. Sportnet.az-ın məlumatına görə, tanınmış siyasətçinin budəfəki "qurbanlar"ı ölkəsinin futbol sahəsində çalışanlar olub.
Yığma komandanın baş məşqçisi Fabio Kapellonun DÇ-2014-dəki fiaskodan sonra getmək xəbərinə münasibət bildirən Jirinovski italiyalı mütəxəssisin yalan danışdığını bildirib: "Rusiaydan başqa heç kim ona belə nəhəng müqavilə təklif edən deyil. Məşqçi sadəcə, vicdansızdır! Rusiya Futbol İttifaqında çalışanlar ondan da vicdansızdırlar! Nəyə lazım idi 4 illik müqavilə? Uzağı Avro-2016-ya qədər imzalayardılar. Rusiyada keçiriləcək DÇ-2018-i bura nəyə qatırdılar? Ancaq Kapellonun istefa verməsinə nail olmaq lazımdır. Belə rüsvayçı nəticəni bağışlamaq olmaz! İdman Komitəsi vasitəsi ilə onun Dövlət Dumasına gələrək izahat verməsini tələb edəcəyik".
Jirinovski italiyalı mütəxəssislə müqavilənin pozulacağı təqdirdə 25 milyon avro kompensasiya ödənilməsi məsələsinə də toxunub: "Qoy bu pulu Rusiya Futbol İttifaqı və idman naziri ödəsinlər. Bu müqaviləyə görə onlar məsuliyyət daşıyır. Kim xahiş etmişdi ki, belə şərtlərə imza atsınlar? Mən özüm əməkdar hüquqşünasam və heç vaxt bu cür müqaviləyə qol çəkməzdim".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |