
İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları Anxel di Mariyanın keçidinə dair razılığa gəliblər. Sportnet.az-ın "AS"a istinadən məlumatına görə, Paris təmsilçisi argentinalı yarımmüdafiəçinin transferinə görə 60 milyon avro ödəyəcək.
Razılaşma klub prezidentlərinin görüşündən sonra baş tutub.
İngiltərə "Mançester Yunayted"inin də maraq dairəsində olan futbolçu özü PSJ-yə keçidini daha üstün tutub.
Qeyd edək ki, "Real Madrid"in əldə edilən vəsaiti "Monako"nun yarımmüdafiəçisi Xames Rodrigesin transferinə xərcləyəcəyi gözlənilir.