Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona DÇ-2014-ün finalında həmyerlilərinin məğlubiyyətini müdafiəçilər arasında anlaşmanın zəif olması ilə əlaqələndirib. Sportnet.az-ın məlumatına görə, 1986-cı ilin dünya çempionu mundialın ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top"un həmyerlisi Lionel Messiyə verilməsinin ədalətli qərar olmadığını bildirib.
Maradona fikirlərini heç də yumuşaq ifadə etməyib: "Marketinqlə məşğul olanlar Messiyə udmadığı mükafatı veriblər. Belə bir təəssürat yarandı ki, o, heç "Qızıl top"a tərəf gedib onu götürmək belə istəmir. Mundialın ən yaxşı futbolçusuna gəlincə hesab edirəm ki, bu ada Ceyms Rodriges layiq idi".
Qeyd edək ki, Argentina yığması DÇ-2014-ün finalında Almaniyaya 0:1 hesabı ilə məğlub olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |