"Azərbaycan Reqbi Federasiyası” İB-in “respublika idman federasiyası” statusu təsdiqlənib.
Sportnet.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında qərar qəbul olunub. Federasiyanın inkişaf etdirdiyi idman növü və fənləri ölkə ərazisində yayılan idman növü kimi tanınıb.
Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2025-ci il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı və ilin təqvim planı müzakirə edilərək təsdiqlənib.
Toplantıda “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yaradıcı və istedadlı gənclərin mükafatlandırılması Qaydası” qəbul edilib.
İclasda həmçinin “İdman Paytaxtı – Quba" layihəsinin illik hesabatı dinlənilib.