Milli Hokkey Liqasının müntəzəm çempionatında "Vaşinqton" və "Dallas" arasındakı oyun zamanı dava düşüb.
Sportnet.az xəbər verir ki, ikinci hissədə meydan sahiblərinin ABŞ-dan olan hokkeyçisi Brendan Düheym və qonaq komandanın rusiyalı üzvü İlya Lübuşkin bir-biri ilə dalaşmağa başlayıb.
Nəticədə Lübuşkin döyülüb. Tərəfləri bir-birindən araladıqdan sonra baş hakim hər ikisini cəzalandıraraq, tribunaya göndərib.















































































