"Mercedes" pilotu Lüis Hemilton İspaniya Qran Prisinin qalibi olub.
Sportnet.az-ın məlumatına görə, finişə 1 saat 35 dəqiqə 29,972 saniyəyə çatan böyük britaniyalı idmançı ən yaxın izləyicilərindən finlandıyalı komanda yoldaşı Valtteri Bottası və "Red Bull"un hollandiyalı sürücüsü Maks Ferstappeni üstələyib.
Daha əvvəl Azərbaycan Qran Prisinin qalibi olan Hemilton 5 yürüşdən sonra 95 xalla liderdir. İkinci pillədə 78 xalla "Ferrari"nin almaniyalı pilotu Sabastyan Fettel qərarlaşıb. Fettel İspaniya Qran Prisində 4-cü yeri tutub. Üçüncü yerdə isə 58 xalla Bottas yer alıb.
Qeyd edək ki, növbəti Qran Pri 25 - 27 mayda Monakoda keçiriləcək.