"Suzuka" avtodromunda "Super Formula" üzrə mövsümün ilk yarışı keçirilib.
Sportnet.az-ın məlumatına görə, qalib adını "Vantelin Team Tom"un yeni zelandiyalı pilotu Nik Kessedi qazanıb. İkinci yeri ondan 1,749 saniyə geri qalan yaponiyalı Naoki Yamamoto ("Dandelion") tutub. "Üçlüy"ü liderdən 2,399 saniyə sonra finişə çatan daha bir yaponiyalı Kenta Yamasita ("Kondo Racing") qapayıb.
Yarışın gedişində rusiyalı Artyom Markelov ("LeMans") seyfti-kar rejimi zamanı ötmə etdiyi üçün pit-leynə girişlə cəzalandırılıb. O, yekunda 11-ci olub.