Martın 29-da İtaliyanın paytaxtı Romada keçirilməli olan qaçış marafonu təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu barədə yarışın rəsmi "Facebook" səhifəsi məlumat paylaşıb.
Roma marafonunun koronavirus epidemiyasına görə ləğv olunduğu bildirilib.
İtaliyanın baş naziri Cüzeppe Kontenin dünən imzaladığı fərmana əsasən, insanlar arasında ən azı 1 metr məcburi məsafəni təmin etmək mümkün olmadıqda bütün ictimai tədbirlər, o cümlədən idman yarışları ləğv olunmalıdır.
Qeyd edək ki, İtaliyada indiyədək 3 089 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 107-si ölüb.