"Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Valtteri Bottas velosipedlə Rusiya sərhədinədək irəliləyib. Sportnet.az-ın məlumatına görə, finlandiyalı sürücü bununla bağlı paylaşım edib.
31 yaşlı idmançı vətənindəki Nastola yaşayış məntəqəsindən sərhədədək "Tiffany Cromwell" ilə gözəl səfər həyata keçirdiyini bildirib. O, 203 km məsafə qət etdiyini vurğulayıb.
Qeyd edək ki, Valtteri Bottas 2019-cu il Azərbaycan Qran-prisinin qalibi olub. Ötənilki dünya çempionatında o, yekun sıralamada ikinci yerin sahibi olub, "Mercedes" isə Konstruktorlar Kubokunu qazanıb.