
Gənclər və idman naziri Azad Rəhimovun Biləasuvarda sakinlərlə nəzərdə tutulan görüşü təxirə salınıb. Sportnet.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb həmin gün - yanvarın 27-də xüsusi əhəmiyyət kəsb edən dövlət tədbirinin olmasıdır.
Qəbulun nə vaxt keçiriləcəyi hələlik bilinmir.
Qeyd edək ki, Azad Rəhimov Biləsuvarda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul etməli idi.