
"Uilyams" komandasından Nikolas Latifi "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Sportnet.az-ın məlumatına görə, pilotun bolidinin mühərrikində problem aşkarlanıb və o, trasda hərəkətsiz qalıb və ardınca qırmızı bayraq qaldırılıb.
Latifi yarışa davam edə bilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.