"Azərbaycan Qran-prisində sərbəst yürüşlərdən razı qaldım. Tam olaraq irəliləyiş əldə etdiyimizi düşünürəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşün qalibi olan "Red Bull" pilotu Serxio Peres komandanın rəsmi saytına açıqlamasında deyib.
31 yaşlı sürücü Monakodakı yarışı yaxşı analiz etdiklərini bildirib: "Bu, mənim üçün mövsümün ən yaxşı cümə günü idi. Ümid edirəm ki, bu gün sıralama turunda da yaxşı nəticə göstərəcəyik. Uğur qazanmaq üçün üçün çox çalışmaq lazımdır".
Qeyd edək ki, Azərbaycan Qran-prisinə iyunun 6-da yekun vurulacaq. Bu gün "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.