Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, "Prema Racing"dən Dennis Hauger birinci olub.
"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub.
Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim edib.